Yarımfinal oyunlarının cədvəli bəlli oldu - Yüksək Liqada

04:30 Voleybol 102
Yarımfinal oyunlarının cədvəli bəlli oldu - Yüksək Liqada

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin oyun cədvəli müəyyənləşib.

Sportinfo.az" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, mərhələyə aprelin 8-də start veriləcək.

Aprelin 8-də, saat 16:00-da "Gəncə" "Turan"la qarşılaşacaq. Saat 18:00-da isə "Milli Aviasiya Akademiyası" və "DH Volley" üz-üzə gələcəklər. Tərəflər arasında ikinci görüşlər aprelin 11 və 13-də baş tutacaq.

Yarımfinalın üç oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. "Turan" - "Gəncə" matçı isə aprelin 11-də Tovuz Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılacaq.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti