"Turan" və "DH Volley" yarımfinala yüksəldi - Yüksək Liqada

3 Aprel 03:50 Voleybol 621
"Turan" və "DH Volley" yarımfinala yüksəldi - Yüksək Liqada

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra yarımfinala yüksələn iki komanda müəyyənləşib.

Doğma meydanda "Murov Az Terminal"ı qəbul edən "Turan" Tovuz Olimpiya İdman Kompleksində 3:0 hesablı qələbə qazanaraq növbəti raunda adlayıb.

Eyni hesab "DH Volley" - "Azərreyl" matçında da qeydə alınıb. Rəqibini üstələyə birincilər yarımfinala yüksələn növbəti kollektiv olub.

"Turan" və "DH Volley" ilk matçlarda da inamlı qələbə qazanmışdılar - 3:0.

1/4 finalın digər oyunları aprelin 3-də reallaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!