Federasiya hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirdi

03:30 Voleybol 63
Federasiya hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirdi

Voleybol hakimləri üçün təşkil olunan üçmərhələli seminarın yekun mərhələsi keçirilib.

Sportinfo.az-ın Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi saytına istinadən məlumatına görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan təlimdə 23 nəfər iştirak edib.

Seminarın sonuncu mərhələsi federasiyanın AVF-nin Hakimlər Komissiyasının sədri, Eldar Zülfüqarov və federasiyanın Hakimlər Komissiyasının sədr müavini Zaur Hacıyev tərəfindən aparılıb.

Beynəlxalq dərəcəli hakimlər voleybol qaydalarının incəliklərini izah edərək iştirakçıların suallarını cavablandırıb və onlardan test imtahanı götürüblər.

Yüksək nəticə göstərən iştirakçılar yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyinin pley-off mərhələsinin oyunlarına təyinat alacaqlar.

Seminarların keçirilməsində əsas məqsəd hər il yeni hakimlərin hazırlanması və mövcud kadrların peşəkarlıq səviyyəsinin artırılmasıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti