Millimiz İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq

26 Mart 03:10 Voleybol 628
Millimiz İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq

Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət millisi Avropa çempionatının II təsnifat mərhələsində iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Komanda yarışın keçiriləcəyi İspaniyaya yola düşüb. Milli Kadis şəhərində təşkil olunacaq turnirdə C qrupunda mübarizə aparacaq.

Baş məşqçi Şahin Çatmanın rəhbərlik etdiyi kollektivin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Niderland yığmaları olacaq.

Martın 27–29-da təşkil olunacaq AVRO-2026-nın II təsnifat mərhələsində ümumilikdə 20 komanda 5 qrupda qüvvəsini sınayacaq.

Reqlamentə əsasən, yalnız qrup qalibləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!