Millimizin baş məşqçisi: “Heç kimlə əlaqə saxlaya bilmirəm, narahatam”

02:40 Voleybol 114
Millimizin baş məşqçisi: “Heç kimlə əlaqə saxlaya bilmirəm, narahatam”

Azərbaycanın yeniyetmə oğlanlardan ibarət voleybol milli komandasının və “Gənclər” klubunun baş məşqçisi Cahangir Seyid-Abbasi İranda baş verən son hadisələrlə bağlı narahatlığını bölüşüb.

Sportinfo.az xəbər verir ki, əslən Urmiyadan olan mütəxəssis idman.biz-ə açıqlamasında bölgədəki hərbi-siyasi gərginlik səbəbindən yaxınları ilə rabitə saxlaya bilmədiyini deyib.

Seyid-Abbasi ailəsini vətənə göndərməyə hazırlaşdığı vaxt bu hadisələrin baş verdiyini bildirib.

“Ailəm və uşaqlarım burada idi, dünən onları vətənə göndərmək istəyirdim, birdən belə hadisələr yaşandı. Çox narahatam, çünki İranda yaşayan nə dostlarımla, nə də qohumlarımla əlaqə saxlaya bilmirəm.

Orada hazırda internet yoxdur, “WhatsApp” da işləmir. Hadisələri buradan izləyirəm, öz bölgəmlə bağlı xəbərləri “YouTube” vasitəsilə öyrənirəm”, - deyə baş məşqçi vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti