"Azərreyl" "Gənclər"i, "DH Volley" də "Milli Aviasiya Akademiyası"nı üstələdi

19 Mart 04:40 Voleybol 560
"Azərreyl" "Gənclər"i, "DH Volley" də "Milli Aviasiya Akademiyası"nı üstələdi

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun daha üç oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, kişilərin yarışında "Azərreyl" "Xilasedici" ilə üz-üzə gəlib.

Görüş ikincilərin 3:2 hesablı qələbəsi ilə bitib.

Qadınların mübarizəsində iki matç baş tutub. "Azərreyl" "Gənclər"i 3:0, "DH Volley" isə "Milli Aviasiya Akademiyası"nı 3:2 hesabı ilə məğlub edib.

Ötən gün kişilərin yarışında "Neftçi" "Gəncləri" (3:0), "Ordu" "Murov Az Terminal"ı (3:2) məğlub edib. Qadınların mübarizəsində "Turan Tovuz" "Murov Az Terminal"dan güclü olub - 3:1.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!