"Sivasspor"un prezidenti: "Önəmli olan "Qarabağ"dan 3 xal qazanmaq idi"

27 Noyabr 2020 01:00 Türkiyə 389
"Sivasspor"un prezidenti: "Önəmli olan "Qarabağ"dan 3 xal qazanmaq idi"

"Stressli oyun idi. Koronavirus xəstələrinin sayının çox olması və zədəlilərin durumu bizi qorxudurdu.

Birinci hissə narahatlığımızın nə qədər haqlı olduğunu göstərdi".

Sportinfo.az xəbər verir ki, bunu "Sivasspor"un prezidenti Mecnun Otyakmaz Avropa Liqasının qrup mərhələsinin IV turunda İstanbulda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Funksioner ikinci hissədəki taktiki dəyişikliklərdən sonra konsentrasiyanı itirmədiklərini bildirib: "Hesabda geri olmağımıza baxmayaraq, təcrübəli Aruna Konenin qolu ilə qələbə qazanıdq. Əsas olan 3 xal qazanıb, şansımızı davam etdirmək idi. Bunu bacardığımız üşün xoşbəxtik".

Otyakmaz qonaqpərvərliyə görə Azərbaycan təmsilçisinə təşəkkür edib: "İstanbulda oynamağımıza baxmayaraq, bizi yaxşı qarşıladılar. Hər iki tərəf "bir millət, 2 dövlət" şüarını boşa çıxarmır".

Digər Xəbərlər
Xəbər Lenti