"Əvvəlki oyunlara tam heyətlə çıxa bilsəydik..."

6 Noyabr 2020 00:30 Türkiyə 428
"Əvvəlki oyunlara tam heyətlə çıxa bilsəydik..."

"Qələbə qazandığımız üçün xoşbəxtik. Bu, həm özümüz, həm də Türkiyə üçün önəmli qarşılaşma idi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin III turunda evdə "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, oyun ərzində üstünlüyə sahib olublar: "İlk hissədə daha çox qol imkanları yaratdıq. Əvvəlki oyunlara tam heyətlə çıxa bilsəydik, daha fərqli "Sivasspor" görəcəkdiniz.

Hələ heç nə bitməyib. Səfərdə yaxşı oynayırıq. Məqsədimiz qrupdan çıxmaqdır. İsraildə "Makkabi" (Təl-Əviv) komandasını məğlub edə bilərik. "Vilyarreal"la görüşdə nə olacağı bəlli deyil".

Digər Xəbərlər
Xəbər Lenti