Türkiyə klubundan Azərbaycana jest - FOTO

5 Noyabr 2020 17:20 Türkiyə 413
Türkiyə klubundan Azərbaycana jest - FOTO

Bu gün Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"ı qəbul edəcək "Sivasspor" Azərbaycana dəstək nümayiş etdirib.

Sportinfo.az xəbər verir ki, görüşün keçiriləcəyi Sivasın “Yeni 4 Eylül” stadionunda Türkiyə ilə yanaşı, Azərbaycan bayrağı asılıb.

"Qarabağ"ın həmin görüntünün şəklini "Feysbuk" hesabında paylaşıb və bu addıma görə "Sivasspor"a təşəkkür edib.

"Qarabağ" Sivas hava limanında xoş sürprizlə qarşılaşıb. Sivas valiliyi və Sivas Milli Təhsil Müdürlüyü tərəfindən baş məşqçisi Qurban Qurbanova gül dəstəsi, Türkiyə bayrağı və "Qurani-Kərim" kitabı hədiyyə olunub.

Daha sonra xüsusi ansambl tərəfindən Azərbaycan Respublikasının dövlət himni və Türkiyənin İstiqlal marşı səsləndirilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"