Bütün bunlar "Qarabağ"ın xeyrinədir - Uğursuz seriya

3 Noyabr 2020 00:42 Türkiyə 396
Bütün bunlar "Qarabağ"ın xeyrinədir - Uğursuz seriya

Avropa Liqasının I qrupunun 3-cü turunda "Qarabağ"la qarşılaşacaq "Sivasspor" bu mövsüm evdə qələbə qazana bilməyib.

Sportinfo.az xəbər verir ki, Rıza Çalımbayın baş məşqçi olduğu komanda Superliqada öz meydanında keçirdiyi 2 görüşdə uduzub, birində isə heç-heçə edib.

Sivas təmsilçisi birinci turda "Alanyaspor"a 0:1 hesabı ilə məğlub olub, üçüncü turda isə "Ankaragücü" ilə qolsuz heç-heçə edib. Komanda altıncı turda "Rizespor"a məğlub olub - 0:2.

Avropa Liqasındakı ilk matçında İspaniyada "Vilyarreal"a 3:5 hesabı ilə uduzan "Sivasspor", II turda evdə İsrail "Makkabi"si ilə bacarmayıb - 1:2. Komanda Superliqanın VII turu çərçivəsində bu gün səfərdə "Hatayspor"un qonağı olacaq.

Noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Ağdam klubu qrupdakı ilk matçında Təl-Əvivdə "Makkabi"yə 0:1, ikinci görüşdə isə İstanbulda "Vilyarreal"a 1:3 hesabı ilə məğlub olub.

UEFA-nın qərarına əsasən, Azərbaycan çempionu ev oyunlarını neytral meydanda keçirir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı