"Sivasspor"un 4 futbolçusu "Qarabağ"la oyunu buraxacaq

2 Noyabr 2020 14:50 Türkiyə 962
"Sivasspor"un 4 futbolçusu "Qarabağ"la oyunu buraxacaq

Avropa Liqasının I qrupunun III turunda "Qarabağ"ı qəbul edəcək "Sivasspor"da zədəli futbolçuların durumuna aydınlıq gəlib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sol ayaq əzələsində yırtıq aşkarlanan Xorxe Feliks 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Daha əvvəl ayağından əməliyyat olunmuş Aaron Appindanqoenin müalicəsində sonuncu mərhələ başlayıb.

Sağ dizində problem aşkarlanan Sergey Rıbalka və Ziya Erdalın 1 həftədən sonra məşqlərə başlayacağı bildirilib. Adıçəkilən 4 futbolçunun Ağdam təmsilçisi ilə matçı buraxacağı dəqiqdir.

Digər zədəli Marselo Qoyanonun isə yaxın günlərdə komanda ilə hazırlıq prosesinə qoşulacağı gözlənilir.

Noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR