Tanınımış xanım idman aparıcısı dünyasını dəyişdi - FOTO

30 Oktyabr 2020 21:00 Türkiyə 1 298
Tanınımış xanım idman aparıcısı dünyasını dəyişdi - FOTO

Türkiyəli idman aparıcısı Dilay Kemer dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən 32 yaşlı aparıcı xeyli müalicə alsa da, heç bir faydası olmayıb.

Dilay Kemerin spikeri olduğu "Fənərbaxça" Futbol Kulubu sosial şəbəkədə aparıcının vəfatı ilə əlaqədar paylaşım edib. Paylaşımda "Çox təəssüf ki, əziz qızımızı, Dilayımızı itirdik" kimi ifadələr yer alıb.

Dilay Kemer bir müddət əvvəl də, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Lakin aparıcıya sümük iliyi transplantasiyasının nəql edilməsi nəticəsində o yenidən sağalaraq ayağa qalxıb.

Bir müddət sonra isə spikerin xəstəliyi yenidən təkrarlanıb. Buna baxmayaraq, Dilay Kemer xərçəngə qalib gələcəyini və son nəfəsinə qədər mübarizə aparacağını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!