"Qarabağ"a qalib gəlmək üçün lazım olan hər şeyi edəcəyik"

30 Oktyabr 2020 10:10 Türkiyə 669
"Qarabağ"a qalib gəlmək üçün lazım olan hər şeyi edəcəyik"

“Makkabi”yə qarşı bütün matç boyu yaxşı oynadıq. Penaltiyə qədər üstünlük də bizdə idi”.

Sportinfo.az xəbər verir ki, bunu “Sivasspor”nun baş məşqçisi Rza Çalımbay deyib.

Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”la eyni qrupda yer alan Sivas təmsilçisi evdə Təl-Əviv “Makkabi”sinə 1:2 hesabı ilə uduzub. Çalımbay ardıcıl ikinci məğlubiyyətdən sonra bütün oyunlarda qalib gəlməli olduqlarını bildirib:

“Oyuna heyətlə bağlı çox böyük sıxıntılarla çıxdıq. Ehtiyatda cəmi 5 oyunçumuz var idi. Amma mükəmməl oynadıq. Şanssızlıqdan uduzduq.

Penalti və qırmızı vərəqə matçın taleyini həll etdi. Qrupdan çıxmaq şansımız bitməyib. Qalan oyunlarımızda qalib gəlmək üçün lazım olan hər şeyi edəcəyik”.

"Sivasspor” qalan dörd oyundan ikisində “Qarabağ”la qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR