“Qalatasaray” yığmamızın hücumçusunun oğlunu ala bilmədi

28 Oktyabr 2020 22:10 Türkiyə 569
“Qalatasaray” yığmamızın hücumçusunun oğlunu ala bilmədi

Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliyanın “Qalatasaray”a keçidi baş tutmayıb.

Sportinfo.az xəbər verir ki, Türkiyə nəhəngi gürcüstanlı futbolçunun çıxış etdiyi “Rubin”ə rəsmi təklif göndərib.

Kazan təmsilçisi Xviçanı satmaqdan imtina edib. Bu barədə məlumatı klubdan veriblər: “Onlar 15 milyon avro ödəməyə hazır idi. Lakin baş direktor Rüstəm Salmanov futbolçunu satmaqdan imtina edib”.

Gürcüstan millisinin futbolçusu Dortmund “Borussiya”sının da maraq dairəsindədir.

Digər Xəbərlər
Xəbər Lenti