"Makkabi" və "Qarabağ"ı udub, üstünlük qazanacağıq"

23 Oktyabr 2020 12:58 Türkiyə 872
"Makkabi" və "Qarabağ"ı udub, üstünlük qazanacağıq"

"Səfərdə "Vilyarreal"a 3 qol vurmaq asan deyil. Oyun ərzində konsentrasiyanı itirmədik.

Amma müəyyən səhvləri etməməliydik. Buraxdığımız bəzi qollar adımıza yaraşmadı. Son iki qolda isə bəxtimiz gətirmədi. Bu komanda ilə evdəki matçı səbirsizliklə gözləyirik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının I qrupunun ilk turunda səfərdə "Vilyarreal"a 3:5 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, qrupun qalan 5 oyununda meydana ən yaxşı nəticə üçün çıxacaqlar: "Makkabi" ilə görüşdə qələbədən başqa heç nə fikirləşmirik.

Qarşıdakı 2 matçı qazanıb, böyük üstünlük əldə edəcəyik. Yeganə məqsədimiz qalibiyyətdir. Zədəli futbolçularımız da qayıtdıqdan sonra hər şey daha yaxşı olacaq. Komandama güvənirəm".

"Sivasspor" oktyabrın 29-da İsrailin "Makkabi" (Təl-Əviv) klubunu, 1 həftə sonra isə "Qarabağ"ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!