"Sivasspor"un prezidenti: "Qarabağ" ilə oynayacağıq, bir az həyacanlıyıq"

15 Oktyabr 2020 17:52 Türkiyə 804
"Sivasspor"un prezidenti: "Qarabağ" ilə oynayacağıq, bir az həyacanlıyıq"

"Ölkəni Avropa Liqasında təmsil edən yeganə komanda bizik. Bunun üçün bir az həyacanlıyıq və məsuliyyəti dərk edirik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"la birlikdə Avropa Liqasının I qrupunda yer alan "Sivasspor"un prezidenti Mecnun Otyakmaz "BeIN Sports"a açıqlamasında deyib.

55 yaşlı mütəxəssis bildirib ki, avrokubok matçları reytinq xalları baxımından da önəmlidir: "Rəqibimiz Şotlandiya ilə aramızda xal fərqi azdır. Onların komandaları "Başekşehir" və "Sivasspor"dan çox xal toplasalar, aşağı pilləyə düşəcəyik.

Bəlkə də çempion olan komanda Çempionlar Liqasının pley-offunda oynayacaq. Bu səbəbdən, önəmli vəzifəmiz var. Maraqlı qrupa düşmüşük,

"Vilyarreal"dan sonra "Makkabi" və "Qarabağ" ilə oynayacağıq. Bizi maraqlı matçlar gözləyir. Qardaş ölkənin komandası ilə görüşəcəyik".

Otyakmaz ev oyunlarında azarkeşlərin 30 faizinin iştirakı üçün UEFA-ya və Türkiyə Futbol Federasiyasına müraciət etdiklərini də xatırladıb.

"Qarabağ"ın "Sivaspor"la ilk oyununu noyabrın 5-də səfərdə, təkrar qarşılaşmasını isə noyabrın 26-da evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!