O, “Qarabağ”ın yer aldığı qrupun şanslısını açıqladı

11 Oktyabr 2020 22:40 Türkiyə 1 209
O, “Qarabağ”ın yer aldığı qrupun şanslısını açıqladı

“Qrupumuzun favoriti şübhəsiz ki, “Vilyarreal”dır. Onlar güclü heyətə malikdir”.

Sportinfo.az xəbər verir ki, bunu “Sivasspor”un hücumçusu Aruna Kone Avropa Liqasında yer aldıqları İ qrupunu dəyərləndirərkən deyib.

Qrupda “Vilyarreal” (İspaniya), “Qarabağ” (Azərbaycan) və “Makkabi”yə (Təl-Əviv, İsrail) rəqib olan Super Liqa təmsilçisinin Fil Dişi Sahilidən olan forvardı əsasən ispanların gücünü qabardıb:

“Vilyarreal”ın Daniel Parexo, Pako Alkaser, Karlos Bakka kimi yüksək səviyyəli oyunçuları var. Unay Emerinin rəhbərliyi altında ötən mövsümdəkindən daha güclüdürlər. Xüsusən də, Bakka istənilən matçın taleyini həll edə bilər”.

37 yaşlı futbolçu növbəti mərhələyə digər şanslı komandanın məhz “Sivasspor” olduğunu düşünür: “Vilyarreal”la bərabər bizim də qrup səddini aşacaq potensialda komandamız var. İlk dəfə Avropa Liqasında çıxış edəcəyik və bu yarışda sona qədər mübarizə aparacağıq”.

“Sivasspor” qrupda ilk oyununu oktyabrın 22-də səfərdə “Vilyarreal”a qarşı keçirəcək. “Qarabağ” isə həmin gün Təl-Əvivdə “Makkabi”nin qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!