"Fənərbağça", "Beşiktaş" və "Qalatasaray" KASIBLAYIB

11 Oktyabr 2020 19:00 Türkiyə 488
"Fənərbağça", "Beşiktaş" və "Qalatasaray" KASIBLAYIB

Türkiyə Super Liqasında çıxış edən komandaların dəyərləri açıqlanıb.

Sportinfo.az "Transfermarkt"a istinadən xəbər verir ki, ötən mövsümün çempionu "Başakşehir" ilk sırada qərarlaşıb.

İstanbul təmsilçisinin futbolçularının ümumi qiyməti 88,95 milyon avrodur.

"Trabzonspor" 81,95 milyon avro ilə ikinci, heyətini yeniləyən "Fənərbağça" isə 77,6 milyon avro ilə üçüncü sıradadır. İstanbulun digər nəhəng klublarından "Beşiktaş" (76,6 milyon avro) 4-cü, "Qalatasaray" (70,13 milyon avro) 5-ci, "Rizespor" (32,70 milyon avro) 6-cı yerdə qərarlaşıb.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sivasspor" isə siyahıda 7-cidir. Rıza Çalımbayın baş məşqçi olduğu komandanın qiyməti 32,2 milyon avrodur.

I qrupunda "Qarabağ" və "Sivasspor"la yanaşı, İspaniyanın "Vilyarreal" və İsrailin "Makkabi" (Tel-Əviv) klubları da mübarizə aparacaq. Ağdam klubu ilk oyununu səfərdə Təl-Əviv təmsilçisinə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti