“Beşiktaş”ın sabiq futbolçusu yenidən Super Liqada

8 Oktyabr 2020 11:20 Türkiyə 867
“Beşiktaş”ın sabiq futbolçusu yenidən Super Liqada

“Kayserispor” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı yarımmüdafiəçi Manuel Fernandesi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq Rusiyanın “Krasnodar” klubunun uğurları üçün çalışmış 34 yaşlı futbolçu Türkiyə təmsilçisinə azad agent kimi keçib. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Manuel Fernandes 2010-2014-cü illər aralığında “Beşiktaş”ın da uğurları üçün çalışıb. 2014-cü ildə isə o, Moskva “Lokomotiv”inə transfer edilmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR