Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

8 Oktyabr 2020 02:00 Türkiyə 959
Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

Türkiyə millisinin, “Qalatasaray” və “Fənərbaxça”nın sabiq yarımmüdafiəçisi Bilal Kısa karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

O, 19 illik peşəkar karyerasını bitirməyə qərar verdiyini bəyan edib. Bilal Kısa bu müddət ərzində formasını geyindiyi bütün klublara, onların rəsmilərinə, çiyin-çiyinə oynadığı futbolçulara, azarkeşlərə və ailəsinə dəstəyə görə təşəkkürlərini çatdırıb.

Yarımmüdafiəçi yenə futbolda qalacağını bildirib. Bu isə onun məşqçilik karyerasına başlamaq istəməsindən xəbər verir.

Bilal Kısa karyerası ərzində “Fənərbaxça”, “İzmirspor”, “Malatyaspor”, “Ankaraspor”, “Ankaragücü”, “Karşıyaka”, “Karabükspor”, “Akhisarspor”, “Qalatasaray”, “Bursaspor” və “Boluspor”un formasını geyinib.

Təcrübəli futbolçu geridə qalan mövsümü məhz Bolu təmsilçisində keçirib. Bilal Kısa bir müddət Türkiyə yığmasında da forma geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR