“Qalatasaray” 2 futbolçusunu icarəyə verdi

3 Oktyabr 2020 01:24 Türkiyə 1 201
“Qalatasaray” 2 futbolçusunu icarəyə verdi

"Fatih Karagümrük” heyətinə daha bir futbolçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi “Qalatasaray”ın yarımmüdafiəçisi Cimmi Durmazı icarəyə götürüb.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb. “Fatih Karagümrük” bir illik icarə üçün “Qalatasaray”a 2 milyon 647 min TL ödəyəcək.

İsveç yığmasının üzvü olan Cimmi Durmaz 2019-cu ildən “Qalatasaray”dadır. O, daha öncə “Tuluza”, “Olimpiakos”, “Gənclərbirliyi”, “Malmö” və “Forvard” klublarında da çıxış edib.

Yeri gəlmişkən, “Qalatasaray” daha bir futbolçusunu – gənc qapıçısı Berk Balabanı da icarəyə verib. 20 yaşlı qolkiper qarşıdakı mövsümü “Ankaraspor”da keçirəcək. Bu barədə “Qalatasaray”ın rəsmi saytı məlumat yayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR