"İmperator" hələ də "Neftç"ini unuda bilmir, 3:1-dən danışır

25 Sentyabr 2020 16:42 Türkiyə 985
"İmperator" hələ də "Neftç"ini unuda bilmir, 3:1-dən danışır

“Hayduk”la matça ciddi rotasiya edərək çıxdıq. Bir az riski idi, amma bundan üzüağ çıxa bildik”.

Sportinfo.az xəbər verir ki, bunu “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropa Liqasının III təsnifat mərhələsində Xorvatiya “Hayduk”u üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən deyib.

Əvvəlki mərhələdə “Neftçi”ni 3:1 hesabı ilə məğlub edən “İmperator” təqvim sıxlığının çətinliklərindən bəhs edib: “Qarşımızda gənc, mübarizə aparan kollektiv var idi.

Çempionat oyunları təxirə salınmışdı, 12 gün yaxşı dincəlmişdilər. Biz isə sıx təqvimdə çıxış edirik. Azərbaycan səfəri, ardından Super Liqada “Başakşəhər”lə (2:0) böyük oyun... Futbolçularımı bu özünəinama görə təbrik edirəm”.

“Qalatasaray” oktyabrın 1-də Avropa Liqasının pley-off matçı çərçivəsində Şotlandiya klubu “Reyncers”lə səfərdə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR