“Boluspor”un baş məşqçisi Arazdan razı deyil

23 Sentyabr 2020 12:16 Türkiyə 1 167
“Boluspor”un baş məşqçisi Arazdan razı deyil

“İki həftədir göstərilən oyundan məmnun deyiləm”.

Sportinfo.az xəbər verir ki, bunu “Boluspor”un baş məşqçisi Ahmet Taşyürek deyib.

TFF I liqa təmsilçisinin çalışdırıcısı yeni yığılmış heyətə malik olduqlarını və zamanla daha güclü olacaqlarını söyləyib. O, heyətə yenicə cəlb edilən Azərbaycan millisinin üzvü Araz Abdullayevin də durumundan söz açıb:

“Ötən oyunla müqayisədə bu dəfə 5 dəyişiklik etmişdik. Bəzi oyunçular uzun fasilədən sonra meydana ayaq basdılar. Araz Abdullayev həftəiçi kollektivə qoşuldu və dərhal oyuna çıxdı. Həm o, həm də digərləri hələ tam hazır deyil. Fiziki və uyğunlaşma baxımdan çatışmazlıqlarımız var”.

İlk iki turda aktivinə cəmi 1 xal yazdıran “Boluspor” III turda sentyabrın 28-də “Altınordu”nu qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!