“Neftçi”yə qarşı yaxşı oynadı, Günəş milliyə istədi

22 Sentyabr 2020 15:04 Türkiyə 759
“Neftçi”yə qarşı yaxşı oynadı, Günəş milliyə istədi

“Qalatasaray”ın futbolçusu Taylan Antalyalı ilk dəfə Türkiyə millisinin formasını geyinməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı dayaq yarımmüdafiəçisinin oktyabrda yığmaya çağırılması gözlənilir.

Yeni transfer reallaşmadığından baş məşqçi Fatih Terimin məcburiyyətdən oynatdığı Taylan Super Liqada “Qaziantep”, “Başakşəhər” və Avropa Liqasında “Neftçi” ilə görüşlərdə əla təsir bağışlayaraq yığmanın çalışdırıcısı Şenol Günəşin diqqətini çəkib.

Təcrübəli mütəxəssis oktyabrın 11-də Millətlər Liqasında Rusiya ilə keçiriləcək görüş üçün Taylana da dəvət göndərməyi planlaşdırır.

Avropa Liqasının II təsnifat mərhələsində Bakı Olimpiya Stadionunda “Neftçi” ilə qarşılaşan “Qalatasaray” 3:1 hesablı qələbə qazanaraq, növbəti raunda yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR