“Qalatasaray” “Neftçi” ilə oyunda 100 istəyir

17 Sentyabr 2020 15:20 Türkiyə 604
“Qalatasaray” “Neftçi” ilə oyunda 100 istəyir

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray” Türkiyə futbol tarixinə düşə bilər.

Bunun üçün İstanbul təmsilçisi bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq matçda qələbə qazanmalıdır.

Belə olarsa, “cim-bom” avrokuboklarda 100-cü qalibiyyətini əldə edəcək. “Sarı-qırmızılılar”ın indiyə qədər Avropa arenasında 99 qələbəsi, 75 heç-heçəsi, 111 məğlubiyyəti var.

Fatih Terimin kollektivi “Neftçi”ni üstələyərsə, avrokuboklarda 100-cü qələbəsini qazanan ilk Türkiyə təmsilçisi olacaq. Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti