Türkiyə yığması İrəvanda geridönüş etdi, ermənilərə qalib gəldi - VİDEO

26 Mart 2023 00:00 Türkiyə 657
Türkiyə yığması İrəvanda geridönüş etdi, ermənilərə qalib gəldi - VİDEO

AVRO-2024-ün seçmə mərhələsinin birinci turunun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, D qrupunda yer alan Türkiyə millisi İrəvanda Ermənistanla qarşılaşıb

Hesabı 10-cu dəqiqədə meydan sahibləri açıblar. "Ay-ulduzlular"ın müdafiəçisi Ozan Kabak avtoqol müəllifi olub.

35-ci dəqiqədə Orkun Kökçü uzaq məsafədən baxımlı zərbə ilə tarazlığı bərpa edib. Türkiyə yığmasının qələbə qolunu isə 64-cü dəqiqədə Kerem Aktürkoğlu vurub.

Ermənistan - Türkiyə 1:2

Qollar: Ozan Kabak 10 (avtoqol) - Orkun Kökçü 34, Kerem Aktüroğlu 63

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?