Türkiyə kubokunda ikinci finalçı bu komanda oldu - VİDEO

12 May 2022 01:30 Türkiyə 848
Türkiyə kubokunda ikinci finalçı bu komanda oldu - VİDEO

Türkiyə Kubokunda digər finalçı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda evdə "Alanyaspor"la 1:1 hesablı heç-heçə edən "Sivasspor" həlledici qarşılaşmada "Kayserispor"a rəqib olub.

Hesabı 78-ci dəqiqədə qonaqlardan Famara Dyedu açıb. Cəmi 10 dəqiqə sonra meydan sahibləri Hakan Arslanın qolu ilə tarazlığı bərpa ediblər.

Alanyadakı ilk qarşılaşmada 2:1 hesablı qələbə qazanan Sivas təmsilçisi iki görüşün nəticəsinə (3:2) əsasən, adını finala yazdırıb.

Türkiyə Kubokunda final matçı mayın 26-da keçiriləcək.

"Sivasspor" - "Alanyaspor" 1:1

Qollar: Famara, 78 (0:1), Hakan, 88 (1:1)

Digər Xəbərlər
Xəbər Lenti