TOKİO-2020: Güləşçilərimiz uduzdu, amma bürünc şansı var

2 Avqust 2021 08:36 Paris-2024 959
TOKİO-2020: Güləşçilərimiz uduzdu, amma bürünc şansı var

Azərbaycan pəhləvanları Tokio Olimpiadasında mübarizəyə başlayıb. Təəssüf ki, güləşçilərimizin yarışda startı uğursuz alınıb.

Yunan-roma üslubunda güləşən Rafiq Hüseynov (77 kq) ilk görüşdə isveçli Avropa üçüncüsü Aleks Kessidisə qalib gəlib. Lakin 1/4 finalda Rafiq Akjol Mahmudova (Qırğızıstan) 1:9 hesabı ilə uduzub. Qırğız pəhləvanı finala çıxarsa, o halda güləşçimiz təsəlliverici görüşlərə qatılaraq bürünc medal uğrunda mübarizə aparacaq.

Qadın güləşçilərin yarışında təmsilçimiz Elis Manolova (68 kq) elə ilk görüşdə nigeriyalı Blessinq Oborududuya 2:13 hesabı ilə məğlub olub. Oborududu finala vəsiqə qazanarsa, güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!