Tokio-2020: "24-lük" lazım idi, 45-ci oldu

24 İyul 2021 16:55 Paris-2024 538
Tokio-2020: "24-lük" lazım idi, 45-ci oldu

Bu gün Tokio-2020-də idman gimnastikası yarışlarına da start verilib.

Kişi gimnastların yarışında Azərbaycanı İvan Tixonov təmsil edib. O, fərdi çöxnövçülük yarışlarında bacarığını göstərib.

Paralel qollarla hərəkətlər gimnastımızın ən zəif çıxış etdiyi növ olub. Münsiflər bu növdə Tixonovun çıxışını 12.766 balla qiymətləndirib.

Dayaqla tullanma növündə 13.600 bal alan təmsilçimiz xalçada sərbəst hərəkərlərdə 13.233 xala layiq görülüb. Tixonovun turnikdə çıxışı 13.133, dəstəli at üzərində hərəkətləri 13.366, halqalarla çıxışı isə 14.200 balla dəyərləndirilib.

Bütün 6 növün yekununda isə gimnastımız ümumi sıralamada 45-ci yeri tutub. Final mərhələsinə ilk 24 yerin sahibləri vəsiqə qazandığından İvan Tixonov çıxışını başa vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular