Azərbaycan Olimpiadaya daha bir lisenziya qazandı

12 İyun 2021 16:50 Tokio-2020 638
Azərbaycan Olimpiadaya daha bir lisenziya qazandı

Azərbaycan yığmasının ağırlıqqaldıranı Əliş Nəzərov Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Sportinfo.az xəbər verir ki, o, lisenziya xalı verən 6 beynəlxalq yarışda göstərdiyi yüksək nəticələrə əsasən bu uğura nail olub.

Nəzərov “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir.

O, eyni zamanda bu idman növü üzrə ən gənc beynəlxalq dərəcəli hakimdir.

Tokio olimpiadası 23 iyul - 8 avqustda keçirilməlidir.

Xəbər Lenti