"Türkiyədən Azərbaycana transfer olunmaqla düz etdim"

17 May 2017 15:48 Taekvondo 1 073
"Türkiyədən Azərbaycana transfer olunmaqla düz etdim"

Sportinfo.az xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Yaprak Eriş sualları cavablandırıb.

Yarışın qalibi oldunuz. Təəssüratlarınız necədir?
- Qızıl medal qazandım, Allaha şükürlər olsun. Yarış gözəl keçdi. Dəstəyə görə Azərbaycan xalqına təşəkkür edirəm.

Qızıl medal əldə edəcəyinizi gözləyirdinizmi?
- Əlbəttə, bütün yarışlarda hədəfim birici olmaqdır. Buna uyğun məşqlər keçmişdim. İstəyimə nail oldum.

Finalda həmyerliniz Dürdanə Altunelə qalib qalib gəldiniz. Bu barədə nə deyə bilərsiniz?
- Türkəm, həlledici görüşdəki rəqibim də Türkiyə təmsilçisi idi. Bu səbəbdən, ikiqat həyəcanlı idim. Türkiyədən Azərbaycana transfer olunmaqla düz etdiyimi göstərdim.

Valideynləriniz qələbəniz barədə nə söylədilər?
- Bura mənə yad deyil, qardaş ölkəni təmsil edirəm. Heç bir şey demədilər.

Qələbəniz həm də Türkiyəyə özünüzü sübut anlamına gəlirmi?
- Əlbəttə, özümü isbatladım.

Gələcəkdə Türkiyə yığmasına çağırsalar necə, gedəcəksinizmi?
- Xeyr, qayıtmaram.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti