Millimiz Bakıda karantin qaydalarını pozdu - İKİ VİDEO

23 May 2020 14:36 Taekvondo 696
Millimiz Bakıda karantin qaydalarını pozdu - İKİ VİDEO

Azərbaycanın taekvondo millisi karantin qaydalarını pozub.

Sportinfo.az xəbər verir ki, yığma üzvləri komanda şəklində məşqlərə start veriblər.

Kollektiv qaydalara zidd olaraq, Abşeron rayonundakı idman zallarının birində çalışmalara başlayıb.

İdmançılarımızdan bəziləri məşqlərdən hətta video paylaşsalar da, sonradan onları siliblər. Ayxan Tağızadənin isə məşqdən çəkilən videosu hələ də qalır.

O, videonu "training, 2020" (Məşq, 2020) başlığı ilə paylaşıb.

Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən idman zallarının fəaliyyətinə hələ ki, icazə verilmir.

Digər Xəbərlər
Xəbər Lenti