Yığmamızın aparıcı fiquru "Super Model" seçildi - FOTO

22 Dekabr 2019 11:57 Taekvondo 917
Yığmamızın aparıcı fiquru "Super Model" seçildi - FOTO

Çinin Uşi şəhərində keçirilən taekvondo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, turnirin ardından qala gecə təşkil olunub.

Gecədə müxtəlif nominasiyalar üzrə qaliblər elan edilib. Komandamızın üzvlərindən biri də onlar arasında yer alıb. Belə ki, millimizin üzvü Milad Beiqi Harçeqani kişi taekvondoçular arasında “Super Model” adına layiq görülüb.

Radik İsayev və Milad Beiqi Harçeqaninin qatıldığı yarışda sonuncu dördüncü olub. O, ilk döyüşdə çinli Tuersun Mayerdanı, ardından yaponiyalı Hidenori İbatanı məğlub etsə də, yarımfinalda koreyalı Hvan Nam-Qonqa məğlub olub.

Daha sonra Olimpiya mükafatçımız, ikiqat dünya və Avropa çempionumuz üçüncü yer uğrunda Özbəkistan təmsilçisi Nikita Rafaloviçlə döyüşdən də məğlub ayrılıb.

Olimpiya çempionumuz Radik İsayev isə çinli Jao Sindoya qalib gəlsə də, növbəti mərhələdə britaniyalı idmançı Məhəmməd Çoya məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti