Herçeqani finalda uduzdu, Radik İsayevdən bürünc medal

8 Dekabr 2019 14:47 Taekvondo 624
Herçeqani finalda uduzdu, Radik İsayevdən bürünc medal

Moskvada keçirilən Qran-Pri turnirinin final mərhələsində iştirak edən Azərbaycanın üç taekvondoçusundan ikisi medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani braziliyalı Migel Martinş və özbəkistanlı Nikita Rafaloviça qalib gələrək finala vəsiqə qazanıb.

O, həlledici döyüşdə Rusiya təmsilçisi Maksim Xramçova uduzaraq turniri gümüş medalla başa vurub. Məğlubiyyətə baxmayaraq, taekvondoçumuz dünya reytinqindəki mövqeyinə görə Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqəni vaxtından əvvəl təmin edib.

Radik İsayev (80 kq yuxarı) isə bürünc medalla kifayətlənib. Digər idmançımız Cavad Ağayev (68 kq) ilk döyüşündə britaniyalı Bredli Sindenə məğlub olaraq yarışı erkən tərk edib.

42 ölkədən 128 taekvondoçunun qatıldığı yarışda fəxri kürsünün ilk pilləsində yer alan idmançı aktivinə 80 xal yazdırır. İkinci yeri tutan 48, üçüncü yerə sahib olan idmançı isə hesabına 28,8 reytinq xalı əlavə edir (qafqazinfo).

Digər Xəbərlər
Xəbər Lenti