Azərbaycan Almaniyada ilk gündə 5 medal qazandı

8 Dekabr 2019 12:37 Taekvondo 896
Azərbaycan Almaniyada ilk gündə 5 medal qazandı

Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondoçular arasında Avropa birinciliyi keçirilir. Sportinfo.az xəbər verir ki, 10 idmançı ilə təmsil olunan Azərbaycan taekvondoçuları yarışın ilk günündə beş medal qazanıblar.

“Ümid” taekvondo klubunun yetirməsi Mehdi Budaqlı (27 kq) qızıl, Aydın Süleymanov (32 kq, Sumqayıt Təhsil), Mürşüd Qasımov (39 kq, "Əmin" t.k.) və Tamerlan Yaqubov (29 kq, FHN) gümüş, Fərdi Quşxani (35 kq, "Ümid" t.k.) isə bürünc medal qazanıb.

Avropa birinciliyinə bu gün yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da