Yığmamızın Avropa Oyunları üçün heyətində kimlər var?

30 Oktyabr 2019 12:12 Taekvondo 641
Yığmamızın Avropa Oyunları üçün heyətində kimlər var?

Azərbaycanın taekvondo üzrə milli komandasının İtaliyanın Bari şəhərində təşkil olunacaq Avropa Oyunları (G4 Extra European Games 2019) üçün heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, noyabrın 1-də start götürəcək G4 kateqoriyalı yarışda 6 idmançı mübarizə aparacaq.

Millinin heyətində kişilərdən Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq) və Radik İsayev (+80 kq), qadınlardan Patimat Abakarova (53 kq), Fəridə Əzizova (67 kq) və Zahra Fazel Kalxoran (+67 kq) yer alıb.

45 ölkədən 213 idmançının (114 kişi, 99 qadın) reytinq xalları uğrunda döyüşəcəyi yarışlarda qalib idmançı aktivinə 40 xal, finalçı 24.5 xal, üçüncü yerin sahibi 17.5 xal əlavə edəcək. "PalaFlorio" idman arenasında keçiriləcək 3 noyabr tarixlərində yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı