Avropa çempionatına gedəcək Azərbaycan yığmasının heyəti

3 Aprel 2017 19:12 Taekvondo 835
Avropa çempionatına gedəcək Azərbaycan yığmasının heyəti

Bolqarıstanın paytaxtı Sofiyada 21 yaşadək taekvondoçular arasında keçiriləcək Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Sportinfo.az xəbər verir ki, aprelin 6-da startı veriləcək qitə birinciliyinə məşqçi Elnur Amanovun rəhbərliyi altında 7 idmançı yollanacaq.

Heyətdə Fizam Mehtiyev (58 kq), Məmmədalı Quliyev (63 kq), Əliəsgər Əliyev (68 kq), Səid Quliyev (74 kq), Paniz İsmayılpur (46 kq), Gülhanım Yeşildal (53 kq) və Daria Şkurko (67 kq) yer alıb. Üç gün davam edəcək çempionatda beynəlxalq dərəcəli hakim Elşad Məmmədov görüşləri idarə edəcək. Avropa birinciliyinə aprelin 9-da yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!