Avropa çempionatının ilk günündə 3 medal qazandıq

2 Oktyabr 2019 11:21 Taekvondo 748
Avropa çempionatının ilk günündə 3 medal qazandıq

İspaniyanın Marina Dor şəhərində taekvondo üzrə yeniyetmələr arasında Avropa birinciliyi start götürüb.

Sportinfo.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan üçün uğurlu olub.

29 kq çəki dərəcəsində dayanaq üzərinə çıxan Zemfira Həsənzadə və Pünhan Mürsəlov (41 kq) gümüş, Şamil Mirzəyev (33 kq) isə bürünc medala sahib olub.

Oktyabrın 3-nə qədər davam edəcək qitə birinciliyində ölkəmizi 6 oğlan və 5 qız taekvondoçu təmsil edir: Şamil Mirzəyev (33 kq), Nihat Məmmədzadə (37 kq), Pünhan Mürsəlov (41 kq), Kənan Əmiraslanov (45 kq), Nizami Hacıyev (53 kq), Asim Əlimov (+63 kq) və Zemfira Həsənzadə (29 kq), Fatimə Hsənova (37 kq), Leyla Bəşirova (-47 kq), Səmməruh Osmanova (51 kq) və Mədinə Kərimova (+59 kq).

Digər Xəbərlər
Xəbər Lenti