Millimiz İspaniyaya gedir

29 Sentyabr 2019 13:04 Taekvondo 621
Millimiz İspaniyaya gedir

Bu gün yeniyetmə taekvondoçulardan ibarət yığma komandamız İspaniyanın Marina Dor şəhərinə yollanır.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə Pireney yarımadasında keçiriləcək Avropa birinciliyində 11 idmançımız mübarizə aparacaq.

1-3 oktyabr tarixlərində keçiriləcək qitə yarışında ölkəmizi 6 oğlan və 5 qız taekvondoçu təmsil edəcək: Şamil Mirzəyev (33 kq), Nihat Məmmədzadə (37 kq), Pünhan Mürsəlov (41 kq), Kənan Əmiraslanov (45 kq), Nizami Hacıyev (53 kq), Asim Əlimov (63 kq yuxarı) və Zemfira Həsənzadə (29 kq), Fatimə Hsənova (37 kq), Leyla Bəşirova (-47 kq), Səmməruh Osmanova (51 kq) və Mədinə Kərimova (59 kq yuxarı).

Digər Xəbərlər
Xəbər Lenti