Yeniyetmələrdən ibarət millimiz dünya birinciliyinə qatılır

5 Avqust 2019 16:48 Taekvondo 642
Yeniyetmələrdən ibarət millimiz dünya birinciliyinə qatılır

Yeniyetmə taekvondoçularımızı növbəti sınaq gözləyir.

Sportinfo.az xəbər verir ki, təlim-məşq toplanışı başa vuran millimiz dünya birinciliyinə qatılmaq üçün artıq Özbəkistan paytaxtı Daşkəndə yola düşüb.

7-10 avqust tarixlərində keçiriləcək yarışda millimizin üzvləri 10 çəki dərəcəsində mübarizə aparacaq.

7 oğlan və 3 qız taekvoçu ilə birinciliyə yollanan millinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun sərəncamında olan oğlan taekvondoçulardan Şamil Mirzəyev (33 kq), Nihat Məmmədzadə (37 kq), Pünhan Mürsəlov (41 kq), Kənan Əmiraslanov (45 kq), Fərid Əliyev (49 kq), Nizami Hacıyev (53 kq), Asim Əlimov (65 kq yuxarı), qıızlar arasında isə Zemfira Həsənzadə (29 kq), Nəzirə Ölməz (47 kq), Səmmərux Osmanova (51 kq) medallar uğrunda yarışacaq.

Digər Xəbərlər
Xəbər Lenti