"Qəbələ"nin təmsilçisi Cavad Ağayevdən qızıl medal

27 İyul 2019 18:24 Taekvondo 685
"Qəbələ"nin təmsilçisi Cavad Ağayevdən qızıl medal

“Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb.

Sportinfo.az xəbər verir ki, idmançımız İordaniyanın paytaxtı Ammanda keçirilən beynəlxalq turnirdə fərqlənib.

O, G1 kateqoriyalı “El-Hassan Cup” turnirində mübarizə aparıb. 68 kq çəki dərəcəsində çıxış edən Cavad ilk mərhələdən azad olub.

Ardınca Oman, İordaniya və BƏƏ-dən olan rəqiblərinə qalib gələn Ağayev finala yüksəlib.

Həlledici görüşdə Livan təmsilçisi Obalda Fərəc ilə görüşən taekvondoçumuz ardıcıl 4-cü qələbəsini qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

“Prince Hamzah Hall”da keçirilən və 883 taekvondoçunun qatıldığı yarış üç gün davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti