Azərbaycan millisi Asiya çempionatında iştirak edəcək

17 İyul 2019 09:36 Taekvondo 684
Azərbaycan millisi Asiya çempionatında iştirak edəcək

Para-taekvondo üzrə Azərbaycan millisi növbəti reytinq yarışına yollanıb.

Sportinfo.az xəbər verir ki, İordaniyanın paytaxtı Amman şəhərində iyulun 18-də keçiriləcək sayca 5-ci Asiya Açıq çempionatında yığmamız 6 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun rəhbərlik etdiyi komandanın üzvlərindən İmaməddin Xəlilov (K-44) (-61 kq), Əbülfəz Abuzərli (K-44) (-75 kq), Hüseyn Həsənov (K-44) (-75 kq), Vüsal İsmayılov (K-44) (+75 kq), Röyalə Fətəliyeva (K-44) (-49 kq), Aynur Məmmədovaya (K-44) (+58 kq) medallar uğrunda mübarizə aparacaq.

Asiya qitəsindən qalib olacaq idmançı aktivinə 40 reytinq xalı, digər qitələrdən qatılaraq yarışın qalibi olacaq idmanançılar isə 20 xal əlavə etmiş olacaq.

Yığmamız vətənə iyulun 20-də dönəcək.

Digər Xəbərlər
Xəbər Lenti