Komandamız İtaliyaya yollandı

5 İyul 2019 18:36 Taekvondo 945
Komandamız İtaliyaya yollandı

Bu gün taekvondoçularımız 30-cu Yay Universiadasına qatılmaq üçün İtaliyanın Neapol şəhərinə yola düşüb.

Sportinfo.az xəbər verir ki, 15 idman növündən yalnız beşində təmsil olunacaq Azərbaycan millisinin tərkibində 5 taekvondoçu yer alıb.

Belə ki, 7 iyul tarixində startı veriləcək taekvondo yarışlarında 58 kq çəki dərəcəsində Qaşım Maqomedov, Əli Məmmədov (63 kq), Ayxan Tağızadə (74 kq), Patimat Abakarova (53 kq), Fəridə Əzizova (67 kq) müvarizə aparacaq.

Yarışlara 13 iyulda yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi