"Qazandığımı deyə bilmərəm"

23 May 2019 10:48 Taekvondo 791
"Qazandığımı deyə bilmərəm"

“Rəqiblərim yaxşı formada idilər, amma biz daha yaxşı hazırlaşdığımız üçün uğur qazandıq”.

Sportinfo.az xəbər verir ki, bunu İngiltərənin Mançester şəhərindəki dünya çempionatında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani deyib.

80 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı ikiqat dünya çempionu ardıcıl olaraq kubalı Xose Komasa, fransalı İsmael Buzid Suhiliyə, moldovalı Aaron Kuka, cənubi koreyalı Vu Hyeok Parka və yunanıstanlı Apostolos Telikostooğluna qalib gəldiyini xatırladıb.

O, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı böyük ölçüdə təmin etdiyini bildirib: “Bu il 4 Qran-pri yarışı var.

“Tokio 2020” Yay Olimpiya Oyunları üçün lisenziya xallarını artırmaqdan ötrü bu turnirlərdə yaxşı nəticə göstərmək lazımdı.

Çünki reytinq yuxarı olanda, olimpiadada ilk döyüşdə münasib rəqib düşür. Hələlik “Tokio 2020”ya vəsiqəni böyük ölçüdə qazandığımı deyə bilmərəm.

Qran-prilərdə 200 xal qazanmaq mümkündü. Buna rəğmən, olimpiadaya 80 faiz vəsiqəni təmin etdiyimi söyləmək olar”.

Harçeqaninin sözlərinə görə, onun çəkisindəki bəzi taekvondoçuların “Tokio 2020”yə qədər karyeralarını bitirəcəkləri gözlənilsə də, yenə yüksək rəqabət olacaq:

“Olimpiadanın dünya çempionatından asan keçəcəyini söyləmək düz deyil. Potensialı cavan olan yenilər var.

Düzdü, mənim də təcrübəm yuxarıdır. Ancaq olimpiadaya elə-belə idmançı gəlmir. “Tokio-2020”da medal qazanıb-qazanmayacağımı indidən deyə bilmərəm”.

Dünya çempionatında Milad Beigi Harçeqanidən başqa, Fəridə Əzizova (67 kq) bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”