Azərbaycan millisi dünya çempionatında qızıl medal qazandı

20 May 2019 11:00 Taekvondo 1 332
Azərbaycan millisi dünya çempionatında qızıl medal qazandı

İngiltərənin Mançester şəhərində taekvondo üzrə dünya çempionatı keçirilir.

Sportinfo.az xəbər verir ki, yarışın növbəti günündə Azərbaycan millisi qızıl medal qazanıb.

Kişilərin mübarizəsində 80 kq çəki dərəcəsində yarışan Milad Beigi Harçeqani final görüşünə çıxıb.

Yarımfinalda Cənubi Koreya idmançısını məğlub edən təmsilçimiz həlledici görüşdə yunanıstanlı Apostolos Telikostogluya qalib gəlib.

Rəqibini 22:12 hesabı ilə üstələyən Harçeqani ikinci dəfə dünya çempionu tituluna yiyələnib. Daha öncə Fəridə Əzizova (67 kq) yığmamıza bürünc medal qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti