Azərbaycanın olimpiya mükafatçısı DÇ-nı medalsız başa vurdu

18 May 2019 08:00 Taekvondo 698
Azərbaycanın olimpiya mükafatçısı DÇ-nı medalsız başa vurdu

Azərbaycanın taekvondo millisi Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatının növbəti günündə də medal qazana bilməyib.

mundialın üçüncü günündə qadınlardan Patimat Abakarova (49 kq), kişilərdən isə Ayxan Tağızadə (74 kq) dayanq üzərinə çıxıb.

İlk görüşdə San Marino təmsilçisini məğlub edən Tağızadə ikinci görüşdə ABŞ idmançısına uduzub.

Abakarova isə Cənubi Koreya təmsilçisini üstələsə də, xorvatiyalı həmkarının müqavimətini qıra bilməyib.

Daha öncə Bəhruz Quluzadə (54 kq), Məhəmməd Məmmədov (68 kq) və Qaşım Maqomedov (58 kq) da yarışı medalsız başa vurub.

Azərbaycanın 10 taekvondoçu ilə təmsil olunduğu mundiala mayın 19-da yekun vurulacaq. Patimat Abakarova 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!