Azərbaycanın taekvondo üzrə olimpiya çempionu Ukraynada döyüşəcək

8 Aprel 2019 15:24 Taekvondo 1 279
Azərbaycanın taekvondo üzrə olimpiya çempionu Ukraynada döyüşəcək

Taekvondo üzrə Azərbaycan milli komandası Xarkov şəhərində beynəlxalq "Ukraina Open" turnirində iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, aprelin 12-də start götürəcək G1 kateqoriyalı turnirə 9 idmançı qatılacaq.

Üç gün davam edəcək yarışa Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Harçeqani (80 kq), Ramin Əzizov (87 kq), olimpiya, dünya və Avropa çempionu Radik İsayev (+87 kq), Patimat Abakarova (53 kq), Fəridə Əzizova (67 kq) təmsil edəcək.

Komanda üzvləri Ukraynaya baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi altında aprelin 11-də yollanacaq.

Digər Xəbərlər
Xəbər Lenti