"Qəbələ"li Cavad Ağayev Belçikada qızıl medal qazandı

17 Mart 2019 15:56 Taekvondo 734
"Qəbələ"li Cavad Ağayev Belçikada qızıl medal qazandı

“Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb.

Sportinfo.az xəbər verir ki, böyüklərdən ibarət Azərbaycan milli komandasının üzvü olan idmançı Belçikanın Lommel şəhərində keçirilən beynəlxalq turnirdə fərqlənib.

O, sayca 40-cı olan G2 kateqoriyalı "Belgium Open" turnirində dayanq üzərinə çıxıb. 63 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

Turnirdə 69 ölkədən 1272 taekvondoçu mübarizə aparıb.

Digər Xəbərlər
Xəbər Lenti