FOTO - Cavad Ağayevdən qızıl, Məhəmməd Məmmədovdan bürünc

10 Mart 2019 15:56 Taekvondo 673
FOTO - Cavad Ağayevdən qızıl, Məhəmməd Məmmədovdan bürünc

“Qəbələ” İdman Klubunun taekvondoçuları növbəti uğurlarını qazanıblar.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvləri Məhəmməd Məmmədovla Cavad Ağayev Hollandiyanın Eyndhoven şəhərində təşkil olunan “Dutch Open” turnirində fərqləniblər.

Təmsilçilərimiz yarışın ilk günündə dayanq üzərinə çıxıblar. 63 kq çəki dərəcəsində mübarizə aparan Cavad bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

O, finalda italiyalı Simon Kreskenzini məğlub edib. 68 kq çəki dərəcəsində çıxış edən Məmmədov isə yarımfinala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdırıb.

Finalın bir addımlığında uduzan taekvondoçumuz bürünc medala yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti