COP29

Parataekvondoçularımız dünya çempionatında daha 2 medal qazandı

7 Fevral 2019 00:40 Taekvondo 503
Parataekvondoçularımız dünya çempionatında daha 2 medal qazandı

Türkiyənin Antalya şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatının son günündə Azərbaycan idmançıları daha iki medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Elimxan Manafov (K42) bürünc medala sahib olub.

Eyni çəkidə yarışan komandanın kapitanı Nicat Müslümov (K42) isə gümüş medal qazanaraq yarışı ikinci pillədə başa vurub.

İlk yarış günündə Röyalə Fətəliyeva (49 kq) da bürünc medal qazanıb.

Beləliklə, baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələri dünya çempionatından 1 gümüş və 2 bürünc medalla dönür.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!